Baku TV Qaxın əsrarəngiz Mamırlı şəlaləsi haqqında reportaj hazırlayıb.
Qış nağılını xatırladan təbiət hadisəsi barədə məlumat verən kənd sakini Eyvaz Aslanovun sözlərinə görə, şəlalənin minillik tarixi var:
“Bu şəlalə yeraltı suların ərpindən yığılaraq meydana gəlib. Şəlalənin hər mövsümdə öz gözəlliyi var. Yazda ağaclar çiçək açanda buranın qoxusundan doymaq olmur. Gördüyünüz kimi, buraya dərə ilə Ləki çayı axır. Çay əraziyə bir qədər də sərinlik gətirir. Ona görə də burada hava həddən artıq sərin və təmiz olur”.