Saturday, April 19, 2025



ən son paylaşılan

Rəşad Dağlı əfv üçün müraciət edib? – YAXINLARI DANIŞDI

Son günlər mediada qətl törətməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) əfv olunacağı ilə bağlı xəbərlər yayılıb.

Yaxınları bildirib ki, Rəşad Dağlı əfv üçün müraciət etməyib.

Xatırladaq ki, qətl hadisəsi 2022-ci ilin noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

R.Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb./Musavat.com

 


Ən son paylaşılan

ən çox oxunan