Saturday, April 19, 2025



ən son paylaşılan

Acun Ilıcalı həbs oluna bilər

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı hazırlanıb.

İttiham aktında TV 8 və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur.

İstanbul Baş Prokurorluğu bu iddia əsasında A.Ilıcalı da daxil olmaqla, şübhəlilərin bir ildən üç ilə qədər həbs edilməsini tələb edib.

İttiham aktı məhkəməyə təqdim edilib. Məhkəmə aktı qəbul edərsə, Acun Ilıcalı və digər şübhəlilər mühakimə olunacaqlar./Oxu.az

 


Ən son paylaşılan

ən çox oxunan