Söhbət dünyanın ən uzun avtomobili: “American Dream” Limuzinindən gedir
Avtomobil dünyasında qeyri-adi nümunələrə rast gəlmək olur, lakin onlardan bəziləri rekordlarla tarix yazır.
Showaz.net platforması məlumat verir ki, belə avtomobillərdən biri də “American Dream” adlı nəhəng limuzindir. Bu avtomobil Ginnesin Rekordlar Kitabına dünyanın ən uzun avtomobili kimi dəxil olub.
“American Dream” limuzininin möhtəşəm xüsusiyyətləri
- Uzunluq: 30,5 metr
- Təkərlərin sayı: 26
- Sürücülər: 2 sürücü bölməsi var
Xüsusi imkanlar:
- Üzgüçülük hovuzu
- Helikopter meydançası
- Jacuzzi
- Mini kinoteatr
- Kiçik golf meydançası
Tarixi və Yenidən Bərpası
1986-cı ildə məşhur avtomobil dizayneri Jay Ohrberg bu limuzini yaradaraq avtomobil tarixində yeni bir rekorda imza atdı. Lakin illər ərzində avtomobil istifadəsiz qalaraq baxımsız hala düşdü.
İllər sonra, 2019-cu ildə, Dezerland Park Avtomobil Muzeyi bu avtomobili bərpa etmək üçün genişmiqyaslı işlərə başladı. Nəticədə, 2022-ci ildə “American Dream” tamamilə yenilənmiş formada Ginnesin Rekordlar Kitabına dəxil oldu.
Bu avtomobil necə hərəkət edir?
Bu uzunluqda bir avtomobili idarə etmək asan deyil. Məhz buna görə “American Dream” limuzini iki sürücü bölməsi ilə təchiz edilib. Avtomobil yalnız geniş və düz yollar üçün nəzərdə tutulub, çünki bu uzunluqda bir nəqliyyat vasitəsinin kəskin döngələrdə hərəkəti çox çətindir.