Friday, April 18, 2025



ən son paylaşılan

Bakıda məşhur məmurun qızı Əməkdar artisti toyunda oxumağa qoymadı – FOTO

Əməkdar artist Babək Niftəliyev Bakıda müğənni kimi dəvət aldığı toylardan birində başına gələn ilginc hadisədən danışıb.

Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, sənətçi adını açıqlamadığı məşhur və çox zəngin bir məmurun qızının toyuna dəvət aldığını bildirib. Lakin Babək axşam saat 11-ə kimi ona oxumaq üçün sözün verilmədiyini bildirib. B.Niftəliyev qeyd edib ki, yalnız o saatdan sonra həmin məmur ona yaxınlaşaraq cibinə 2 min manat pul qoyub və oxumayacağını bildirib.

Xanəndə səbəbini soruşanda “Qızım (toyu olan gəlin – red.) istəmir”  cavabını aldığını qeyd edib.

Babək bildirib ki, həmin toyda ölkənin ən populyar sənətçiləri səhnə alıblar, amma ona oxumaq üçün vaxt verilməyib.

 

Babək 3 gün, 3 gecə keçirdiyi toyundan danışdı


Ən son paylaşılan

ən çox oxunan