Friday, April 18, 2025



ən son paylaşılan

Sıfır xərclə satışları artırmağın 7 EFFEKTİV METODU

Əlavə xərc çəkmədən satışları yüksəltmək üçün ağıllı strategiyalar lazımdır.

Showaz.net platforması bu məqalədə hər hansı əlavə xərc tələb olunmadan satışları artırmağın 7 metodunu göstərir. 

Sıfır xərclər satışları artırmağın 7 EFFEKTİV METODU:

  1. Rəqiblərinizi, bazarı dərin analiz edin. SWOT analizi aparın və güclü və zəif tərəflərinizdən istifadə edərək xidmət keyfiyyətini, müştəri məmnuniyyətini artırın.
  2. Satış mütəxəssislərinizi öyrədin. Müştəri ehtiyaclarını daha dəqiq başa düşməyi, onlarla düzgün kommunikasiya qurmağı, məmnuniyyəti artırmağı öyrədin. Satılan məhsul üzrə ekspert olmaları üçün çalışın.
  3. Sosial medianın gücü – Müxtəlif sosial şəbəkələrdə heç bir reklam xərci çəkmədən viral ola biləcək videolar hazırlaya və paylaşa bilərsiniz. Bunun üçün trendləri və müştəri davranışlarını yaxından izləməlisiniz.
  4. Cari müştərilərinizə yenidən satış edin. Onlara əlavə güzəştlər, kuponlar təklif edərək, həmçinin məmnuniyyəti artıraraq nail ola bilərsiniz.
  5. Özünüzə partnyorlar tapın. Bazarda bir çox şirkətlər buna maraqlıdır. Müştərilərinizə təklif etdiyiniz məhsuldan əlavə olaraq onlara ehtiyac duyduqları digər brendlərin də xüsusi güzəştlər etmələrini təmin edə bilərsiniz.
  6. E-mail marketinq üsulundan istifadə edin.
  7. Potensial müştərilərinizə ödənişsiz dəyər təklif edin.

Ən son paylaşılan

ən çox oxunan