Friday, April 18, 2025



ən son paylaşılan

Temu, Trendyol kimi onlayn mağazalardan ENDİRİM KODLARINI belə tapın – 6 SINANMIŞ ÜSUL

Onlayn alış-veriş zamanı endirim kodları ilə yəqin ki, çoxunuz maraqlanmısınız.

Lakin bir çox mağaza bu kodları hər kəsə açıq şəkildə təqdim etmir.

Bəs bu gizli endirim kodlarını necə tapmaq olar? Showaz.net platforması olaraq bu məqalədə sizinlə endirim kodlarını asanlıqla tapmağınız üçün geniş yayılmış üsulları paylaşırıq.

1. Endirim kodları paylaşan saytlardan istifadə edin

Bəzi veb-saytlar mağazaların gizli endirim kodlarını toplayır və istifadəçilərlə paylaşır. Məşhur saytlar arasında RetailMeNot, Honey, CouponCabin, RakutenPromocodes var. Saytda alış-veriş edəcəyiniz mağazanın adını axtarıb ən son endirim kodlarını tapa bilərsiniz. Məsələn: Temu onlayn mağazasında olan endirimlər kodlarını Promocodes.com saytından tapa bilərsiniz.

2. Məhsulu səbətə atıb gözləmək

Biraz gülməli səslənsə də praktikada yayılmış vasitələrdən biridir. Bəzi onlayn mağazalar məhsulu səbətinə əlavə edib saytı tərk edən istifadəçilərə xüsusi endirim kodları göndərir. Səbəb isə sadədir, sizi yenidən ora qaytarmaq və satış etmək.

3. Saytlarda yeniliklərə abunə olun

Onlayn mağazalar abunə olan istifadəçilərinə endirim kodları olduqda bildirişlər göndərir. Yeri gəlmişkən, bizim saytımıza abunə olaraq ən son yenilikləri, xəbərləri və maraqlı məlumatları anında oxuya bilərsiniz.

4. Brendləri sosial şəbəkələrdə izləmək 

Brendlər endirim kodlarını bəzən yalnız Instagram, Facebook və Twitter kimi platformalarda paylaşır. Xüsusilə bayram və xüsusi kampaniyalar zamanı bu platformalarda kodları tapmaq mümkündür. Həmçinin siz brendin adını və qarşısında “endirim kodları” yazsanız bəzi hallarda müxtəlif istifadəçilər tərəfindən paylaşılmış endirim kodlarını tapa bilərsiniz.

5. Canlı çatla mağazadan soruşmaq

Bəzi hallarda, elə həmin saytdan və tətbiqdən müştəri xidmətləri ilə əlaqə saxlayaraq endirim kodu əldə etmək mümkündür. Canlı çat vasitəsilə “Hər hansı aktiv endirim kodunuz varmı?” deyə soruşsanız əgər varsa böyük ehtimal ki, sizə göndərəcəklər.


Ən son paylaşılan

ən çox oxunan