Friday, May 2, 2025



ən son paylaşılan

Bu tarixlərdə Bakıya QAR YAĞACAQ? – yaxın 5-6 gün ərzində…

Bu axşamdan etibarən ölkə ərazisində havaların kəskin dəyişəcəyi bildirilir. Bu proqnozlara görə tempratur nə qədər aşağı düşəcək? Ümumiyyətlə yaxın zamanlarda Bakıda qarlı hava və ya qar gözlənilirmi?  

 

Məsələ ilə bağlı meteroloq Cavidan Əliyev Referans.az-a açıqlamasında bildirib ki, yaxın 5-6 gün ərzində Bakıda qar gözlənilmir. Hidrodinamik hesablamalar daha sonra qar göstərsə də, sinoptik xəritədə mühüm göstəricinin hələ olmadığından yaxın günlərdə Bakıda qar gözlənilmir desək daha doğru olardı.

Mütəxəssis həmçinin onu da bildirib ki, ölkə ərazisinə fevralın 14-ü və 15-də Aralıq dəniz tsiklonu daxil olacaq. Bu tsiklonun artıq gücünün zəiflədiyindən və cənub-qərbdən daxil olduğu üçün Azərbaycan Respublikasının müəyyən ərazilərinə – Naxçıvan Mr, Şərq-Zəngəzur, Qarabağ, bəzi Aran rayonları və Abşeron yarımadasına daha çox təsir göstərəcək. Belə ki, həmin ərazilərdə yağış yağacağı, bəzi şərq rayonlarında və Abşeron yarımdasının bəzi ərazilərində arabir intensivləşəcəyi, Kiçik Qafqaz və Talış dağlarında qar yağacağı gözlənilir.

“Bu proses ölkənin şimal və şimal-qərb rayonlarına zəif təsir göstərəcək. Rayonlarda mülayim qərb küləyi, Bakıda isə mülayim şimal-qərb küləyi əsəcək 4-9 m/s. Temperatur göstəricilərində mühüm bir dəyişiklik gözlənilmir. Belə ki, Bakıda gecə +4 dərəcəyədək, gündüz +6 dərəcə təşkil edəcək”-,- deyə Cavidan Əliyev qeyd edib.

 


Ən son paylaşılan

ən çox oxunan