ABŞ-ın Benjamin Karaters adlı vətəndaşı “Redbull” enerji içkisini məhkəməyə verərək 13 milyon dollar təzminat qazanıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb “Redbull” şirkətinin “Redbull qanadlandırır” adlanan reklam çarxı olub.
Benjamin Karaters həmin reklama görə şirkəti məhkəməyə verərək bildirib ki, “Redbull” yalan vəd verən reklamlarla insanları aldadır: “Mən 10 ildir ki, “Redbull” içirəm, ancaq bu müddət ərzində bədənimdə heç bir fiziki və zehni dəyişiklik baş verməyib. Üstəlik də, məni qanadlandırmayıb. Bunun üçün də məhkəməyə müraciət etmişəm”.
Məhkəmə onun “Redbull”a qarşı şikayətini qəbul edərək 13 milyon dollar təzminat ödənilməsi barədə qərar verib.
Qeyd edək ki, “Redbull” şirkəti sözügedən hadisədən sonra işçilərini reklam çarxlarında diqqətli olmağa çağırıb.