Friday, April 18, 2025



ən son paylaşılan

Kəklikotu çayının faydaları nələrdir?- Bunları heç kim bilmir

Mətbəxlərdə ədviyyat olaraq görülən kəklikotu çay şəklində də qəbul edilə bilər. 350 fərqli növə sahib  olan və günəşi çox sevən kəklikotu quru torpaqlarda yetişən bitkidir. Kəklikotu ədviyyat kimi istifadə olunmaqla yanaşı, yağ və çay kimi də qəbul edilə bilər.

Kəklikotu çayı tənəffüs yollarını açma xüsusiyyətinə malikdir. Bronxitdən astmaya qədər bir çox tənəffüs xəstəliklərində yüngülləşdirici təsir göstərir. Kəklikotu çayı qışda öskürək problemi və soyuqdəymə xəstəliklərinin həlli zamanı da qəbul edilə bilər. Xüsusilə, yemək yedikdən sonra həzmsizlik problemləri yaşana bilər. Yeməkdən sonra bir stəkan kəklikotu çayı içildikdə həzm problemləri tamamilə aradan qaldırıla bilər. Bundan sonra həzm daha sürətli işləməyə başlayır. Kəklikotu çayı bir müddət sonra ağız qarqarası kimi istifadə edilə bilər. Qarqara ilə həm ağız qoxusunu aradan qaldırmaq, həm də diş əti xəstəliklərinə qarşı qorunmada istifadə edilə bilər. Ağızda meydana gələn infeksiyalarda kəklikotu çayı vasitəsi ilə qarqara edilərək problemlər aradan qaldırıla bilər.

Kəklikotu çayı nəyə faydalıdır?

İstifadəsi qədim dövrlərə təsadüf edən kəklikotu bütün dünyada yeməklərin hazırlanmasında çay və ya yağ şəklində istifadə edilir. Demək olar ki, hər xəstəliyin müalicəsi üçün istifadə edilən kəklikotu çayı mütəxəssislərlə məsləhətləşdikdən sonra hər kəsin rahatlıqla qəbul edə biləcəyi bir bitkidir.

Kəklikotu çayı depressiyanın qarşısını alır

Sakitləşdirici xüsusiyyətə malik olan kəklikotu çayı beyindən ayaqlara qədər bədəndə ümumi rahatlama təmin edir. Xroniki yorğunluq vəziyyətlərində stress dövrlərində kəklikotu çayı içməklə problemlər aradan qaldırıla bilər. Bundan əlavə, kəklikotu çayının ən mühüm xüsusiyyətlərindən biri  depressiya əleyhinə təsirə malik olmasıdır.

Dəri problemlərini aradan qaldırır

Bir çox kosmetik dəri məhsullarının tərkibində olan kəklikotu çayının dəri üçün əhəmiyyətli faydaları da var. Göz altındakı şişləri aradan qaldırmaq üçün kəklikotu çayı ilə tamponla masaj edə bilərsiniz.

Menstrual ağrıları aradan qaldırır

Menstruasiya qadınlar üçün bəzən çətin olur. Menstruasiya zamanı ağrı hiss etmək təbii olsa da, ağrıları aradan qaldırmağa kömək edən yollarda mövcuddur. Kəklikotu çayıda bunlar arasındadır. Bundan əlavə, kəklikotu çayı adətən olduğu kimi menstrual dövründə də istifadə edilə bilər.

/24media.az


Ən son paylaşılan

ən çox oxunan