Sony şirkəti suya davamlı qulaqlıqlarının keyfiyyətini sübut etmək üçün qeyri-adi bir satış və marketinq strategiyası tətbiq edib.
Şirkət öz qulaqlıqlarını su ilə dolu qablaşdırmada satışa çıxarıb. Bu yanaşma məhsulun, həqiqətən, suya davamlı olduğunu istehlakçılara vizual şəkildə göstərməyi hədəfləyir.
Adətən məhsulların xüsusiyyətləri qutuların üzərində yazılır və ya reklam vasitəsilə izah edilir. Lakin Sony müştərilərin hər hansı bir əlavə izaha ehtiyac duymadan, təkcə məhsula baxaraq onun funksionallığını anlamaq imkanı yaradıb.
Xüsusilə idmanla məşğul olanlar və açıq havada aktiv həyat tərzi sürənlər üçün bu cür xüsusiyyətlər çox vacibdir.