1. Böhtan və təhqir ehtiva edən paylaşımlar
Azərbaycanda böhtan və təhqir Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə tənzimlənir.
Hər hansı bir şəxsi və ya təşkilatı ictimai şəkildə ittiham etməzdən əvvəl informasiyanın doğru olduğuna əmin olun və kobud ifadələrdən çəkinin, isitfadə etməyin.
2. Fikrin azadlığı və nifrət nitqi
Sosial mediada fikir bildirmək hüququmuz olsa da, nifrət nitqi yolverilməzdir. Nifrət nitqi dedikdə, etnik, dini, cinsi və ya digər əsaslarla insanlara qarşı aqressiv çağırışlar və diskriminasiya nəzərdə tutulur.
3. Məlumatların Məxfiliyi və Şəxsi Həyatın Toxunulmazlığı
Başqasının şəxsi məlumatlarını (məsələn, telefon nömrəsi, ev ünvanı, fotolar və ya şəxsi yazışmalar) icazəsiz paylaşmaq qanunsuzdur.
4. Müəllif Hüquqlarının Pozulması
İnternetdə tapdığınız şəkillər, məqalələr və videolar müəllif hüquqları ilə qoruna bilər. Bu materialları icazəsiz istifadə etsəniz, müəllif tərəfindən məhkəməyə verilə bilərsiniz.
Məsləhət:
- Öz məzmununuzu yaradın və ya rəsmi lisenziyalı materiallardan istifadə edin.
- Pulsuz və istifadəyə açıq olan mənbələri (məsələn, Pixabay, Unsplash) yoxlayın.
5. Fırıldaqçılıq və yanıldıcı reklamlar
Sosial mediada yanlış məlumat yayaraq insanları aldadıcı kampaniyalara cəlb etmək qanunsuzdur.
6. Dövlət və İctimai Təhlükəsizliklə Bağlı Paylaşımlar
Qanunvericiliyə əsasən, yalan məlumatların və ya ictimai təhlükəsizliyi poza biləcək çağırışların yayılması zamanı cəzalandırıla bilərsiniz.
Məsləhət:
- Dəqiq və rəsmi mənbələrdən istifadə edin.
- Panika və ictimaiyyət arasında qorxu yaradan məlumatları yaymaq əvəzinə müvafiq dövlət orqanlarına müraciət edin.