Ağ şokolad, əslində, texniki olaraq “şokolad” hesab edilmir.
Showaz.net xarici mediaya istinadən xəbər verir ki, bunun səbəbi isə adi şokoladın tərkibində olan kakao tozunun onun tərkibində olmamasıdır.
Bəs onda ağ şokoladın tərkibi nədir?
Əsl şokoladın əsas tərkib hissəsi kakao tozu və kakao likörü olduğu halda, ağ şokolad yalnız kakao yağı, şəkər, süd tozu və vanildən ibarətdir.
Niyə onda “şokolad” adlanır düşünürsünüz?
Ağ şokoladın tərkibində kakao yağı olduğu üçün bəzi ölkələrdə qanunla “şokolad” kimi təsnif edilir. Məsələn:
✔ ABŞ-da yalnız ən az 20% kakao yağı olan məhsullar “ağ şokolad” adlandırıla bilər.
✔ Avropada bu rəqəm 14% kakao yağı və 3,5% süd yağından az olmamalıdır.
Ağ şokolad necə yarandı?
Nestlé 1930-cu illərdə İsveçrədə ilk ağ şokoladı icad etdi. Məqsəd artıq qalan kakao yağını dəyərləndirmək idi. Onlar bunu şəkər və süd tozu ilə qarışdıraraq ağ şokoladı yaratdılar.
Ağ şokoladın dadı niyə fərqlidir?
- Kakao tozu olmadığı üçün qəhvəyi şokoladın acılığı hiss edilmir;
- Daha şirin və qaymaqlı bir dadı var;
- İçində vanil və süd yağı olduğuna görə dadı daha yumşaq və kremlidir.
Ağ şokoladın gerçək şokolad olmaması mübahisəlidir
Bəzi şokolad sevərlər ağ şokoladı “saxta” şokolad hesab edirlər. Bununla belə, ağ şokoladın tərkibində kakao yağı olduğu üçün bəzi ölkələr onu hələ də şokolad kateqoriyasına daxil edir.