100 manatla biznes qurmaq çətin kimi görünsə də, kreativ yanaşma ilə kiçik və gəlirli bir işə başlamaq olar. Minimum büdcə ilə qura biləcəyiniz biznes ideyaları bu məqalədə sizinlə paylaşırıq:
- Sosial Media Menecerliyi – Kiçik bizneslərə və şəxslərə sosial media hesablarını idarə etməyi təklif edə bilərsiniz. Müştərilərinizin sayını artırdıqca böyük bir biznesə çevirə bilərsiniz.
- Məqalə və kontent yazarlığı – Bloqlar, saytlar və sosial media üçün yazılar yaza bilərsiniz.
- Tərcümə xidməti – Xarici dil bilikləriniz varsa tərcümə xidməti göstərə bilərsiniz.
- Foto və Video Redaktə Xidməti – Əgər proqramlardan (Canva, CapCut, Photoshop) istifadə etməyi bilirsinizsə, kontent yaradıb sata bilərsiniz.
- Onlayn dərslər – Dil öyrətmək, dizayn, proqramlaşdırma kimi sahələrdə dərs keçə bilərsiniz. Bu siyahıya başqa sahələri də daxil etmək olar.
- Dropshipping – Bu biznesə başlamaq və düzgün idarə etməklə bağlı kifayət qədər çox məlumatı internetdə tapa bilərsiniz.
- Ev şirniyyatlarının hazırlanması – Sosial mediadan istifadə edərək evdə hazırladığınız şirniyyat məhsullarını sata bilərsiniz.
- Əl işləri – Biləklik, boyunbağı, rəsm və dekorativ əşyalar hazırlayıb sata bilərsiniz.
- Print-on-Demand (POD) – Köynəklər, fincanlar və digər məhsullara dizaynlar hazırlayıb çap etdirərək sata və gəlir qazana bilərsiniz.
- YouTube və TikTok Kontent Yaradıcılığı – Maraqlı videolar çəkib sosial mediada pul qazana bilərsiniz.
- E-kitab və PDF satışı – Maraqlandığınız və tələbat olan bir mövzuda e-kitab yazıb sata bilərsiniz.
- Məsləhət xidmətləri – Yaxşı bələd olduğunuz bir mövzuda başqa insanlara və ya şirkətlərə məsləhətlər verə, qarşılığında isə pul qazana bilərsiniz.
Daha çox maraqlı məlumat üçün saytımıza abunə ola bilərsiniz.