Zəlzələ bildirişi telefonda necə aktiv edilir? Fərqli telefon modelləri üçün addım-addım izahını sizin üçün təqdim edirik.
Modern.az-ın verdiyi məlumata əsasən zəlzələ bildirişi gəlməsi üçün telefon həmin məkanda aktiv olmalıdır.
Telefonda zəlzələ Xəbərdarlığı Sistemini aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:
Zəlzələ bildirişi telefonda necə aktiv edilir? – “Samsung” telefonlarında bu şəkildə edilir:
- Telefonda “Parametrlər”‘ daxil olduqdan sonra ekran aşağı sürüşdürülməli;
- Həmin ekranda “Yer” xanasını tapdıqdan sonra onu seçin;
- Zəlzələ bildirişi üçün növbəti addım “Məkan Xidmətləri” xanasının seçilməsidir;
- Açılmış yeni ekranda aşağı sürüşdürmə edin;
- Nəhayət ki, sonuncu mərhələyə gəldik – “Zəlzələ bildirişləri” düyməsini aktiv edin.
“Xiaomi” telefonlarında isə bir qədər fərqlidir:
- Telefonda “Parametrlər”i açdıqdan sonra ekranı aşağı sürüşdürmək tələb edilir;
- Açılmış ekranda “Məkan” xanasını seçdikdən sonra;
- “Məkan Müraciəti” xanasını tapmağa çalışın və onu seçin;
- Növbəti addımda “Məkan Xidmətləri” düyməsini tapıb onu seçin;
- Nəhayət, sonuncu mərhələdə “Zəlzələ bildirişləri” düyməsini ekranda tapdıqdan sonra aktiv edin.
Bu məqalə də sizə maraqlı ola bilər – Bakıda güclü zəlzələ olsa…
Zəlzələ — yeraltı zərbələr və Yerin üst qatının titrəməsidir.
Gəlin sizə qısaca zəlzələ haqqında da məlumat verək.
Əvvəlcə, qeyd edək ki, zəlzələni öyrənən elmin adı isə seysmologiya adlanır. Yer səthində baş verən zəlzələlər yerin silkələnməsi, yerdəyişməsi və ya parçalanması ilə özünü göstərir. Böyük zəlzələnin episentri əgər dənizdə yerləşərsə dənizin dibi sunamiyə səbəb ola bilər. Zəlzələnin ilkin qopma nöqtəsi isə onun hiposentri adlanır. Zəlzələnin həmçinin sürüşmələrə də səbəb olduğunu müşahidə etmişik.
Zəlzələ sözü özlüyündə seysmik dalğalar yaradan hər hansı bir seysmik hadisəni — istər təbii, istərsə də insanlar tərəfindən törədilmiş hadisəni təsvir etmək üçün istifadə olunur. Zəlzələ mərkəzi hiposentrin birbaşa üstündə yer səviyyəsində olan nöqtədir.
Güclü yeraltı təkanlar kütləvi şəkildə yaşayış yerlərini, o cümlədən evləri və tikililəri uçura, sunami və yer sürüşmələri yarada bilir ki, onun da nəticəsi insanlar üçün qorxunc ola bilər.