Pul qazanmağın yolları kifayət qədər genişdir. Sizə bugün ən yaradıcı və ən rahat şəkildə pul qazanmağın 7 yolu haqqında danışacağıq. Hazırsınızsa başlayaq…
Pul qazanmağın yolları 1
Əslində, hər şey işini sevməkdən başlayır. Öz işinizi nə qədər çox sevsəniz, bir o qədər də çox pul qazana bilərsiniz. İşin sirri buradadır. Qısaca desək öz işinizin, sevdiyiniz işin mütəxəssisi olmağa çalışın.
Ətrafınıza baxın
Çox uzağa getməyə heç ehtiyac yoxdur, ətrafınızdakı insanların nəyə daha çox ehtiyacı olduğunu öyrənməyə çalışın. Unutmayın ki, böyük biznes ideyalar ehtiyaclardan formalaşıb. Özünüz üçün bir siyahı tutun və o siyahıya həmin ehtiyacları yazın. Daha sonra həmin ehtiyacları ödəmək üçün necə bir xidmət və ya məhsul yarada biləcəyiniz haqqında araşdırma aparın.
Tərcüməçi olun
Xarici dil bilikləriniz var? Bu ki, pul qazanmaq üçün əla fürsətdir. Müxtəlif məqalələri, sənədləri başqaları üçün təcrümə edib onlardan xidmət haqqı ala bilərsiniz. Sosial şəbəkələrdə səhifə açın və tərcümə xidməti ilə məşğul olduğunuzu orada qeyd edin. Unutmayın ki, səhifəni aktiv saxlamaq lazımdır. Öz ətrafınızdakı dostlarınıza, yaxınlarınıza da yeni işə başladığınızı mütləq bildirin, bəlkə elə onların sizə ehtiyacı olacaq…
Bəlkə bloqqer olasınız?
Niyə də yox… Əgər yaxşı nitqiniz, təqdimat və kommunikasiya bacarıqlarınız varsa bu yolla pul qazana bilərsiniz. Hazırladığınız videoları və ya digər məzmunları sosial şəbəkələrdə yerləşdirib çoxlu baxış əldə edə bilərsiniz. Bəs pulu necə qazanaq deyirsinizə – şirkətlərə sponsorluq və reklam yerləşdirmək üçün təkliflər verə bilərsiniz.
Tur agenti olun
Xarici dil bilikləriniz varsa və yaşadığınız ərazini yaxşı tanıyırsınızsa bu sahə üzrə pul qazana bilərsiniz.
Pul qazandıran saytlar
Pul qazandıran saytlar dedikdə ağlımıza kifayət qədər saytlar gələ bilər. Gəlin bir neçəsini sizinlə paylaşaq.
- Çəkdiyiniz maraqlı şəkilləri onlar sata bilərsiniz – Shutterstock
- Hazırladığınız videoları YouTube-da paylaşaraq və reklamı aktiv edərək baxış sayına görə pul qazana bilərsiniz.
- Öz sahəniz üzrə müxtəlif ölkələrdən iş tapşırıqları ala, etdikdən sonra da işin qarşılığında pul əldə edə bilərsiniz – Fiverr
Siyahını kifayət qədər gennişləndirə bilərik. Bu barədə növbəti məqaləmizdə daha ətraflı danışacağıq. Bizi izləməyi unutmayın.
Yeni oyunlar və tətbiqlər yaradın
Əgər proqramlaşdırma üzrə bacarıqlarınız varsa sizi təbrik edirəm. Çünki yeni oyunlar və mobil tətbiqlər yaradaraq kifayət qədər yüksək məbləğlər qazana bilərsiniz. Pul qazanmağın ən yaxşı yollarından biridir deyə bilərəm. Hazırladığınız oyunları və mobil tətbiqləri həm sata, həm də reklam yerləşdirərək gəlir əldə edə bilərsiniz.
Yüksək yatırım etmədən qazandıran bizneslər