Friday, April 18, 2025



ən son paylaşılan

22 yanvar üçün HAVA PROQNOZU AÇIQLANDI

22 yanvar üçün HAVA PROQNOZU AÇIQLANDI. Bakıda və Abşeron yarımadasında gün ərzində gözlənilən hava proqnozu açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
22 yanvar üçün HAVA PROQNOZU AÇIQLANDI
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Vurğulanıb ki, axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək, yəni 773 mm civə sütunu olacaq. Nisbi rütubət isə 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq. Bizimshow.az
Hava haqqında daha çox məlumat üçün saytımıza abunə ola, xəbərləri sosial şəbəkələrdən izləyə bilərsiniz.

Ən son paylaşılan

ən çox oxunan