Friday, April 18, 2025



ən son paylaşılan

Sevgililər günü mesajı

Sevgililər günü mesajı yazmaq biraz kreativlik, biraz da qarşı tərəfi nə qədər tanımağımızdan asılıdır. Bu məqalədən sonra ən yaradıcı cümlələri kəşf edəcəksiniz.

Sevgililər günü mesajı 1

Gözəl günlərimizi və çətin anları, ümumiyyətlə, bütün hər şeyimizi bölüşərək böyüyürük. Hər şeyin bizim üçün ən yaxşı formada olmasını istəyirəm. Bu günümüz mübarək olsun, sevgilim! – Siyahınıza əminliklə bu cümlələri əlavə edə bilərsiniz.

Bu mesaj da maraqlıdır

Göy üzündən parlaq ulduz kimi həyatıma gəlmisən. Daim mənə verdiyin xoşbəxtliklə parılda, sevgilim. Bir-birimizi daim sevək. Sevgililər günün mübarək!

Daha bir mesaj

Bitməsini istəmədiyim mahnı kimi sevgimizdən doymuram. Daim yanında olmaq istəyirəm. Yaxşı ki, varımsan, əzizim.

Romantik şeirlərdə, mənim tətil planlarımda daim sən varsan. Həyatımda olduğun üçün çox məmnunam. Bunu hər zaman sənə deyirəm. Sevgililər günün mübarək.

Ən qiymətli varlığım oldun, xəzinəmə çevrildin. Həyatımdakı əksikliyin səbəbini indi yaxşı anlayıram. Sevgililər günümüz mübarək.

Yaralarımı sarıyan, əlimdən tutub qaldıran sevgilim! Sənin eşqinə layiq olduğum üçün xoşbəxtəm. Sevgililər Günün mübarək.

Bəzi tövsiyələr
  • Yaradıcı təbrik mesajları yazmaq üçün aşağıdakı detallara fikir vermək lazımdır;
  • Sevgiliniz ən çox hansı sözü eşidəndə sevinirsə həmion sözü cümlənizə əlavə edin;
  • Sizi əzizləyərkən ən çox hansı cümlələrdən istifadə edirsə o cümlələrdən istifadə edə bilərsiniz;
  • Qan qrupu və xasiyyət mövzusunda yazdığımız məqaləyə keçid edə bilərsiniz. Bu məqalə sevgilinizin xarakterinə uyğun olaraq doğru cümlələr seçməyinizə yardımcı olacaq.

Bu məqalə də sizə maraqlı ola bilər:

Ən sadiq dostlar bu bürclərdən çıxır


Ən son paylaşılan

ən çox oxunan