Friday, May 2, 2025



ən son paylaşılan

İmişlidə DYP avtomobili məktəbliləri VURDU: Ölənlər var

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətindən Ajans.az-a bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

***

İmişlidə avtomobil məktəbliləri vurub, ölən və yaralananlar var.

İmişli şəhərində avtomobil 3 məktəblini vurub.

Məktəblilərdən biri hadisə yerində ölüb, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//apa


Ən son paylaşılan

ən çox oxunan