Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, buna səbəb su xəttində baş verən qəzanın aradan qaldırılması işləridir.
Saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.