Friday, April 18, 2025



ən son paylaşılan

DİQQƏT! Sabah bu ərazilərdə QAZ KƏSİLƏCƏK

Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ərazisində “Qaz İxrac” İdarəsinə məxsus magistral qaz kəmərləri üzərində aparılacaq təmir-quraşdırma işləri və Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə dekabrın 24-ü saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Gürcüstanlılar məhəlləsinin, Binə və Qala qəsəbələrinin, Binə qəsəbəsi Südçülük sovxozu ərazisinin, Nəsimi rayonu üzrə isə Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Ən son paylaşılan

ən çox oxunan