Friday, April 18, 2025



ən son paylaşılan

“WhatsApp”da möhtəşəm YENİLİK – digərlərini narahat etmədən…

WhatsApp messencerinə yeni funksiyalar əlavə olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, yenilik qrup zəngləri ilə bağlıdır. Belə ki, istifadəçiləri qrup söhbətində zəngə başladıqda, istifadəçi kiminlə danışmaq istədiyini özü müəyyən edə biləcək.

Beləliklə, digər qrup üzvlərini narahat etmədən yalnız seçilmiş şəxslərlə söhbət etmək mümkün olacaq.

Bundan başqa vatsap video zənglərini daha əyləncəli etmək üçün bir sıra yeni effektlər əlavə edib. Əlavə edilən 10 yeni effekt, it qulaqları, sualtı səhnələr, karaoke mikrofonundan ibarətdir.

Yeniliklər artıq bütün istifadəçilər üçün əlçatandır. Yeni funksiyaları sınamaq üçün messencerin ən son versiyasını yeniləməlisiniz.


Ən son paylaşılan

ən çox oxunan