“İllər əvvəl ailəm dağıldı. Mən bu barədə çox danışmadım. Amma reytinq xətrinə qarşı tərəfi danışdırdılar. Hər halda ayrılan insanlar biri-biri haqda yaxşı söz danışmayacaqlar”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu “Elgizlə izlə” verilişində deyib.
Sənətçi aparıcılardan və onların sənət nümayəndələrinə şəxsi həyatları ilə bağlı verdikləri qeyri – etik suallardan gileylənib:
“Bilirəm ki, bu həyat bumeranqdır. Həmin o müsahibəni alanların hamısı indi evlidirlər. Mən onlara pislik arzulamıram, amma yenə də deyirəm ki, həyat bumeranqdır. Günün birində bu hadisə onların başına gələrsə, o zaman anlayacaqlar. Məni övladlarımın atasının bu sənətə nə aidiyyatı var? Sənət adamı olsaydı, başqa məsələ. Düzdür, sənət adamı əlçatmaz olmalıdır. Amma elə bir dövrə gəlmişik ki, ailəmizi dolandırmaq üçün hər tədbirə getməliyik. Sənət adamının yaradıcılığı öndə olmalıdır. Anlayıram ki, şəxsi həyat hər kəsə maraqlıdır. Kimi araşdırsanız, hər kəsin yaralı bir yeri var. Ona toxunsaq, nə qazanacağıq? Sənət adamı səhnəyə sizə pozitiv ötürmək üçün çıxır. Onun xətrinə dəymək nəyə lazımdır?”
Qeyd edək ki, Lalə Məmmədova İlham Qafarov adlı şəxslə 2004-cü ildə ailə qurub. Cütlük 2013-cü ildə qalmaqallı şəkildə boşanıb. Onların Nərgiz və Çinarə adında iki qızları var. Bir müddət əvvəl Lalə müsahibələrinin birində eşq yaşadığını etiraf edib.