Tuesday, November 26, 2024

Latest Posts

65 yaşını keçən müəllimlərlə bağlı rəsmi VACİB AÇIQLAMA

Ümumitəhsil müəssisələrində çalışan müəllimlər 65 yaşına çatdıqları zaman əmək müqavilələrinə xitam verilir. Lakin bəzi istisna hallarda bu müqavilə uzadıla bilir.

Modern.az-ın məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “AzEdu.az”a bildirilib ki, mövcud qanunvericiliyə əsasən, əgər ümumi təhsil müəssisəsində 65 yaşına çatmış müəllimin fəaliyyətini davam etdirməsinə zərurət varsa, ümumi təhsil müəssisəsi təhsilverənin razılığı ilə onun çalışma müddətinin uzadılması barədə qərar qəbul etmək hüququna malikdir:

“Dövlət ümumi təhsil müəssisələrində çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət müəssisəsinin rəhbəri tərəfindən uzadıla bilər”, – deyə sorğuda qeyd olunub.

Latest Posts

Don't Miss