Şou-biznes

Başqa müğənnilər kimi kiminsə evini yıxmamışam, ərini əlindən almamışam ki… – Ofelya

Müğənni Ofeliya Şabanova yenə qalmaqallı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, qatıldığı proqramda aparıcının “ərinin ayağına corab geyindirməsi ilə bağlı səsləndirdiyin fikrə görə adına “Corab Ofeliya” deyirlər” replikasına müğənni maraqlı cavab verib.

“Desinlər də. Ərimin ayağına corab geyindirmişəm, gedib başqa müğənnilər kimi kiminsə evini yıxmamışam, ərini əlindən almamışam, özümə “həci” tutmamışam. Başqa pis iş görməmişəm, əxlaqsızlıq etməmişəm. Qoy mənə “Corab Ofeliya” desinlər , əxlaqımla bağlı pis söz deməsinlər”, – müğənni belə cavab verib.

Back to top button