Bürc

Siyasətdə uğurlu bürcdən olan TANINMIŞLAR – SİYAHI

Astroloqlar iddia edir ki, bir neçə bürc altında doğulan insanlar siyasi aləmdə çox böyük uğurlar qazanırlar. Siyasətdə uğur qazananlar əsasən Dolça, Qoç, Buğa və Şir bürcündən olanlardır.

Bəs, bu bürc altında doğulan hansı soydaşlarımız uğurlu siyasi karyera cızıb?

Bizim.Media bununla bağlı apardığı araşdırmanı təqdim edir:

MÖVZU İLƏ BAĞLI:

Ulduz falına inanan BÜRCLƏR – Kimlər planlarını astroloji proqnozlara uyğun hazırlayır?

 

 

 

Dolça bürcündən olan tanınmışlar:

Astroloqlar hesab edir ki, Dolça bürcündə doğulanlar hər zaman siyasi proseslərin mərkəzində olurlar. Mübarizə aparmaqdan heç vaxt imtina etmir. Özünə zərər verdiyini bilsə belə, məqsədlərindən vaz keçmirlər.

Nəzərə alaq ki, Dolça  bürcü altında doğulan və uzun müddət siyasi meydanda olan xeyli soydaşımız var.

Əli Əhmədov – 30 ildən artıqdır ki, aktiv ictimai-siyasi fəaliyyətdədir. Uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Xətai rayon İcra Hakimiyyətinin başçısı, YAP-ın icra katibi vəzifələrini daşıyıb. Hazırda isə baş nazirin müavinidir.

Siyavuş Novruzov  – Gənc yaşlarından siyasət aləmindədir. Yeni Azərbaycan Partiyasında müxtəlif vəzifələr tutub. 2000-ci ildən bu yana isə Milli Məclisdə YAP-ı təmsil edir. 

Qüdrət Həsənquliyev – O, tələbə vaxtından siyasi proseslərə qoşulub. Vaxtilə AXC-nin ən fəal üzvlərindən biri olub. Sonradan Ədalət, Hüquq, Demokratiya Partiyasını yaradıb. 25 ildir ki, deputat mandatı daşıyır.

Zahid Oruc  – Gənc yaşlarından siyasət aləmindədir. Əvvəllər Ana Vətən Partiyasının üzvü olub. 1972-ci il fevralın 1-də Gədəbəy ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Qoç bürcündən olan tanınmışlar:

Hər zaman öndə olmağı sevən qoçlar doğuşdan lider xüsusiyyətlərini daşıyır. Qoç bürcləri daxilən çox güclü olur, bitmək bilməyən mübarizə və arzu hissi ilə coşurlar.

Novruz Aslanov – 1963-cü il martın 22-də Bakı şəhərində anadan olub. Uğurlu karyeraya sahibdir.  Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bundan əlavə o uzun müddətdir ki, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinə sədrlik edir.

Vahid Əmədov – Uzun illər müxtəlif vəzifələrdə çalışıb. Bir ara hətta baş nazirin müavini işləyib. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Razi Nurullayev  – 1971-ci il aprelin 1-də doğulub. Uzun illər AXC sıralarında olub. Daha sonra Milli Cəbhə Partiyasını təsis edib. Hazırda partiyanın sədridir. Son seçkilərdə parlamentə mandat qazananlar sırasında olub.

Hikmət Babaoğlu – ixtisasça politoloqdur. O, həm də uzun müddət mətbuatda çalışıb. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Ən başlıcası YAP-ın parlamentdəki fraksiyasının rəhbəridir.

Buğa bürcündən olan tanınmışlar:

Bu bürcün sahibləri olduqca səbrli, qərarlı və güvənli insanlardır. Həyatda müəyyən məqsəd və hədəfləri var. Onlara nail olmaq üçün böyük səbr və inadla çalışırlar. Eyni zamanda, həyatdan zövq almağı da bacarırlar.

Elnur Allahverdiyev – İxtisasca hüquqşünas və maliyyəçidir. Özəl sektorda çalışıb. 2014–2019-cu illərdə Sloveniya Respublikasının Azərbaycan Respublikasında fəxri konsulu, 2017–2020-ci illərdə Heydər Əliyev Mərkəzi direktorunun müşaviri olub. 2018-ci ildən «Azercell» Şirkəti Müşahidə Şurasının sədridir. Sonuncu parlament seçkilərində Milli Məclisə mandat qazanıb.

 

 

Məlahət İbrahimqızı – Uzun illər siyasətdə olub. Hətta bir ara YAP Nəsimi rayon təşkilatına sədrlik edib. 25 ildir ki, cibində deputat mandatı gəzdirir.

Rüfət Quliyev – 1999–2017-ci illərdə “European Tobacco-Baku” ASC İdarə Heyətinin sədri, 2013-cü ildən Azərbaycan Texniki Universitetinin İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının ictimai əsaslarla müdiri olan Rüfət Quliyev 20 ildir ki, Milli Məclisdə xalqın təmsilçisidir.

Erkin Qədirli – İxtisaca hüquqşünas olsa da, siyasətə daha çox meyl edir. Hazırda REAL Partiyasının ən populyar üzvlərindən biridir. Eyni zamanda deputatdır.

Şir bürcündən olan tanınmışlar

Şir bürcü özünü dünyaya göstərmək üçün yaşayır. O hər zaman səhnədə olmalı və insanlara özünü göstərməlidir. Özünü nə cür ifadə etməyindən asılı olmayaraq, həmişə alqış arxasınca qaçır. İdarə etmək onların təbiətində var. Bacarıqlı bir rəhbər, eyni zamanda yaxşı idarəçidirlər.

Rafael Hüseynov – 12 avqust 1954-cü ildə anadan olub. Elmi və jurnalistika fəaliyyətilə məşğul olub. Amma siyasətdən də uzaq qalmayıb. O artıq 25 ildir ki, deputat mandatı daşıyır. Bir sözlə, parlamentin ən stajlı üzvlərindəndir.

Hicran Hüseynova – Bir zamanlar elmlə məşğul olsa da sonradan məmur həyatı yaşamağa başlayıb. 2006–2020-ci illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb. VI çağırış Mili Məclisə deputat seçilib.

Back to top button