Monday, November 25, 2024

Latest Posts

Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu – VİDEO

Dubay şokoladi ilə bağlı çılğınlıq tam sürətlə davam edir. Sosial media sayəsində məşhurlaşan Dubay şokoladı marka tətbiqlərində də partlayışa səbəb olub. “Dubay şokoladlı sendviç”dən “Dubay halvasına” qədər 90-a yaxın ticarət nişanı müraciəti edilib. Artan tələb püstənin qiymətini 2 ayda 30 faiz bahalaşdırıb.

Milli.Az sonxeber.az-a istinadən xəbər verir ki, Dubay şokoladı hər gün sosial mediada trend mövzusu olmaqda davam edir. Nəhayət, ata və qızın Dubay şokolad təcrübəsi viral olub. Paylaşılan videoda qız atasına Dubay şokoladı təklif edib və o an “Bilirsən yediyin Dubay şokoladının qiyməti nə qədər idi? 800 lirə idi” – deyib. Atanın reaksiyası qızının gülüşünə səbəb olub.

Şokoladın qiymətinin 800 lirə olmasına çox təəccüblənən ata “Allah sənə lənət eləməsin. Sən ərinin evini yıxacaqsan. Bir şokolada 800 lirə xərcləmisən? Belə bir şey yoxdur…” sözləri ilə reaksiyasını göstərib. Videoya onlarla şərh gəlib. Bəzi istifadəçilər ata ilə razılaşaraq Dubay şokoladının qiymətinin baha olduğunu bildirib.oxuyun

Latest Posts

Don't Miss