Monday, November 25, 2024

Latest Posts

Dollar sürətlə bahalaşır, qızıl ucuzlaşır – MÜHÜM PROQNOZ

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra investorlarda FED-in daha uzun müddət sərt pul siyasəti həyata keçirəcəyinə dair inamın yaranması dolları gücləndirir. Dolların güclənməsi isə öz növbəsində birjalarda əmtəə qiymətlərinin azalmasına səbəb olur.

Sfera.az xəbər verir ki, əmtəə bazarı güclü dolların təsirinə məruz qalan bazarlardan biridir.

Uzun müddət dəyəri 10 min dollar ətrafında dəyişən misin qiyməti dolların bahalaşmasına görə 8 min 932 dollara enib. Digər bəzi metallar da ucuzlaşıb. Sinkin qiyməti 1,8 faiz, alüminiumun qiyməti 0,7 faiz enib.

Dəmir filizi fyuçersləri də bir ton üçün 99,40 dollara düşüb. Qiymətli metallar da dəyər itirir. Noyabr ayı ərzində qızılın qiyməti 2800 dollardan 2620 dollara qədər azalıb.

Bazarı tədqiq edən analitik qurumların proqnozuna əsasən, əgər dollar bahalaşmaqda davam edərsə, əmtəə bazarlarında ucuzlaşma qalıcı olacaq.

Latest Posts

Don't Miss