Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
İNFOAZ “Report”a istinadən xəbər verirki, şəhər ərazisində xəstəxanaların birində tibb bacısı işləyən 1969-cu il təvəllüdlü R.Quluyevanı avtomobil vurub.O, aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.