Saturday, November 23, 2024

Latest Posts

Bayram günlərində HAVA PROQNOZU

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

APA xəbər verir ki, bu barədə Milli Hidromteorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 5-8, gündüz 13-16 dərəcə isti olacaq. Noyabrın 9-da arabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi ərazilərində leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq.

Noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-11, gündüz 12-16 dərəcə isti olacaq.

Naxçıvan MR-da 8-10 noyabrda hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Havanın temperaturu gecə 1-6° isti, dağlıq ərazilərdə 2° şaxta, gündüz 17-22° isti olacaq.

Gəncə-Qazaxda 8-10 noyabrda əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. təşkil edəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3º-dək isti, gündüz 13-18° isti olacaq.

Dağlıq Şirvan 8-10 noyabrda, hava əsasən, yağmursuz keçəcək. 9 Noyabrda bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. təşkil edəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Qarabağ və Şərqi Zəngəzurda 8-10 noyabrda hava, əsasən, yağmursuz keçəcək, arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. təşkil edəcək.

Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 5° şaxta, gündüz 7-12° isti olacaq.

Mərkəzi Aranda 8-10 noyabrda, hava əsasən yağmursuz keçəcək. Lakin 8-də gecə və səhər və 9-da bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. təşkil edəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

Lənkəran-Astarada 8-10 noyabrda hava, əsasən, yağmursuz keçəcək, lakin səhər saatlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Şimal-şərq küləyinin sürəti 5-10 m/ s. təşkil edəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-3° isti, gündüz 6-11° isti olacaq.

Mərkəzi Aranda 8-10 noyabrda, hava əsasən yağmursuz keçəcək. Lakin 8-də gecə və səhər və 9-da bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. təşkil edəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

Latest Posts

Don't Miss