Xəbər verdiyimiz kimi, meyxanaçı Xəyyam Əhmədlinin səhhətində problem yaranıb. Sənət adamları və məşhurlar onu ziyarət edərək dəstək olmağa çalışırlar.
Manset.az-ın əldə etdiyi məlumata görə, polkovnik-leytenant Ramil Səfərov Xəyyam Əhmədlinin yanına gedib. Qəhrəman hərbçimiz meyxanaçının vəziyyəti ilə maraqlanıb.
Qeyd edək ki, Ramil Səfərov 2006-cı ildə Macarıstanda həbsdə olduğu zaman Xəyyam Əhmədli ona “Məmləkətim” adlı meyxana həsr etmişdi.