Toylarda qazandığını tək ailəsinə xərcləmir ki… Manaf Ağayev barədə eşitmədiyiniz ŞOK İDDİALAR
Fərman Qarabağlı: “Manaf toylardan qazandığı pulun böyük hissəsini xeyirxahlıq məqsədilə ehtiyacı olanlara xərcləyir”
Cəmiyyətdə populyar olan elə sənət adamları var ki, bütün davranışları tamaşaçılar, dinləyicilər tərəfindən ciddi şəkildə izlənir.
Bütövlükdə, telekanallarda keçirilən müsabiqələrdə, musiqi yarışmalarında münsiflər heyəti tərkibində təmsil olunan sənətkarların iştirakçılara obyektiv və qyeri-obyektiv yanaşması da, eləcə də xanəndələrin, müğənnilərin xalqla ünsiyyəti, onların kasıb təbəqənin çağrışlarına, problemlərinin həllinə hansı şəkildə reaksiya verməsi də tamaşaçıların diqqətindən qaçmır. Bir sözlə, ataların dili ilə desək, elin gözü tərəzidir.
Əslən Füzuli rayonunun Arayatılı kəndindən olan, hazırda Bakıda yaşayan “Bakı-Xəbər”in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) elə tamaşaçılardandır ki, sənətlə, sözlə bağlı olan məsələlərə hər zaman reaksiya verir.
“Yaralı əsgərlərimizin çoxunun öz sağlamlığına qovuşması üçün Manaf maddi yardımlar edib”
F.Qarabağlı redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, toylar kralı, populyar müğənni Manaf Ağayevin xeyirxah işləri, dar gündə insanlara arxa-dayaq durması, onun sosial-ictimai mühitdə yaxşılıqları, humansitliyi ilə bağlı müsahibə vermək istəyir.
“Əvvəla ondan başlayım ki, televiziya kanallarından birində gördüm, ümummilli lider, rəhmətlik Heydər Əliyev bir əsgərlə söhbəti zamanı dedi ki, mən sənə “leytenat” rütbəsi verirəm. Bir hərbiçiyə, bir şəxsə fəxri ad vermək bir dövlət başçısı və Ali Baş Komandanın səlahiyyətində olan məsələdir. Bu həmin adama dövlət tərəfindən verilən addır.
Çox təəssüflər olsun ki, bəzi oxuyanlar yaxın adamlarına öz yanlarından “adlar” verib. Məsələn, xalq artisti İlhamə Quliyeva birinə “toylar kralı”, birinə “əjdaha”, birinə imperator” kimi “adlar” verir və televiziya kanallarını da məcbur edirdi ki, bu şəxsləri o “adlarla” təqdim edin. Əslində bu adlar müsabiqə yolu ilə verilməlidir.
Bəzən görürsən ki, SMS yarışlarını pisləyirlər. Mən münsiflər heyətinin iştirakı ilə keçirlən Televiziya Muğam Müsabiqəsini xatırlatmaq istəyirəm. Əvvəlcə deyim ki, dünyasını dəyişən sənətkarlara Allah rəhmət eləsin, qalanların canını sağ eləsin. Müsabiqələrin birində Mustafa Mustafayev adında cavan bir oğıan da iştirak edirdi. Mustafa Mustafayev ürəkləri yandıran bir səslə məşhur “Sona bülbüllər” mahnısını oxudu. Bütün zal heyrət içində qaldı. Qədir Rüstəmov özü də orada idi. Sanki Qədir özü oxuyurdu. Qədir Rüstəmov kepka başında oturub Mustafanın oxumasını alqışlayırdı. Münsiflər heyəti üzvlərinin əksəriyyəti ona 10 bal verdi. Növbə Əlibaba Məmmədova gələndə, o, Mustafaya üz tutub “izlə gedənin izi olmaz” dedi və onu tənqid etdi. Ancaq belə bir ənənə var ki, bir gənc bir görkəmli xanındənin yolu ilə oxuyanda “əhsən, elə bil o xanəndənin özü kimi oxudu” deyirlər. Həmin hadisə zamanı Arif Babayev 10 xallıq lövhəni götürüb Əlibaba Məmmədovun qarşısına qoydu. O etiraz etdi və Mustafaya çox aşağı bal verdi. Təəssüf ki, Televizya Muğam Müsabiqəsinin münsiflər heyətinin sədri Nadir Axundov da Əlibaba Məmmədovun tərəfini saxladı. Əlibaba Məmmədov zil oxuyanlara “qışqırırsan” deyirdi.
Bəxtiyar Vahabzadə bir şeirində yazır:
Təbiətin hökmü olsaydı məndə
Qanqalın ömrünü gülə verərdim.
Xanəndə səsini car eyləsəydi
Min bəmi bir kəsik zilə verərdim.
Əlibaba Məmmədov deyirdi ki, muğamatda əsas sözdür. Arif Babayev dedi ki, ay Əlibaba, böyük Cabbar Qaryağdıoğlu “əsas səsdi, sözü sonra da öyrənmək olar, amma səs Tanrı tərəfindən verilir” deyirdi.
Sonrakı muğam müsabiqələrinin birində gördüklərimdən də danışmaq istəyirəm. Təbii ki, müsabiqənin münsiflər heyətinin üzvləri də, sədri də dəyişmişdi. Daşqın Kürçaylı adlı cavan bir oğlan çox yanıqlı səslə “Segah” oxudu. Xalq artisti Nəzakət Teymurova irad bildirib dedi ki, bunu Alim Qasımov oxuyub sən son iki misranı oxumadın, qaldı. Ona aşağı bal verdi. Alim Qasımovun qızı Fərqanə Qasımova isə Nəzakət Teymurovanın sözlərinə etirazını bildirib dedi ki, xeyr, bunu keçən əsrdə Ələsgər Abdullayev oxuyub, adına da “Yetim segah” deyirlər. “Şükür, indiki gənclərdə belə səslər var” deyib yüksək bal verdi.
Gəlin, mətləbdən uzaqlaşmayaq, səhv etmirəmsə, 2009-cu ildə televizya kanallarından birində “Toylar kralı” yarışması keçirilirdi. Bu yarışma toy oxuyanları ilə toyu yaxşı idarə edənlərin yarışması idi. Bəzi insanlar “Toylar kralı” yarışması ilə muğam yarışmasını qarışıq salırlar.
Azərbaycanın toy oxuyanlarının çoxu “Toylar kralı” yarışmasında iştirak edirdi, çox məşhur oxuyanlar isə onlara qulaq asırdılar. Münsiflərdə Niyaməddin Musayev, Akif İslamzadə və başqaları vardı. Yarışma SMS-lə keçirilirdi. Heç kəs xoşu gəlməyən müğənnini pul verib övladının toyuna aparmaz, eləcə də xoşuna gəlməyən müğənniyə pul xərcləyib SMS göndərməz. Adicə bir adam səndən pul istəyir, istəsən verirsən, istəmirsən vermirsən. SMS də onun kimi. O yarışmada Manaf Ağayev 1, 5 milyon səs toplayıb yarışmanın qalibi oldu. O pullar sadəcə pul deyildi, Manaf Ağayevə xalq məhəbbətinin təzahürü idi. 1, 5 milyon manat çox böyük məbləğdi, o vaxt dolların kursundan manatın kursu yüksək idi.
Bir gün biri birindən soruşdu ki, Manaf Ağayev “Mənsuriyyə” oxuya bilər? Mən qeyri-ixtiyari söhbətə qarışdım, dedim a kişi, niyə oxumur, öz səsinin tonunda oxuyar, Manaf Qarabağlıdır. Dedim ki, onun qardaşı da gözəl səsə malik oxuyandır, özü də onu “bala Süleyman” adlandırırdılar. Füzuli rayonu alınmamışdan əvvəl rayonda qardaşı Zahidin ansamblı vardı, Manaf onun yanında böyüyüb. Onu da deyim ki, bu qardaşlar hamısı oxuyandır.
Manaf toylardan qazandığı pulun böyük hissəsini xeyirxahlıq məqsədilə ehtiyacı olanlara xərcləyir. Aprel döyüşlərində əsgərlərə yardım əlini çox uzadıb. Horadiz kəndinin insanları indi də onu xatırlayırlar.
Bir dəfə Elgiz Əkbər səhhətində problem olan adamları verlişinə çağırıb imkanlı şəxslərdən onlara kömək istəyirdi. Dediklərim faktdır, televizyada öz gözümlə görmüşəm. Elgiz də təsdiqləyər dediklərimi. Xəstəliyi olan bir qadın verlişə çıxıb müalicə üçün pul istəyirdi. Nadir Qafarzadə də verilişdə Elgizin yanında oturmuşdu. Qadın müalicə üçün İrana getmək üçün pul yardımı istəyirdi. Nadir Qafarzadə dedi ki, bizdə yaxşı həkimlər var, İrana niyə gedirsən? Elgiz dedi ki, bizim həkimlər özləri məsləhət görürlər. Sən nə kömək edə bilərsən? Nadir dedi ki, mənim pulum balalarım üçündür, nə pul verməliyəm? Bir dəfə də səsinə hörmət etdiyim Elnarə Abdullayeva həmin verlişdə idi. Bir qadın doğum evinə getmək üçün pul yardımı istəyirdi. Elnarə dedi ki, o qadın gedib süpürgəçi işləsin, Elgiz dedi ki, ay Elnarə, uzağı bir həftəyə bu qadın doğum evinə gedəcək, necə işləyə bilər. Amma o verlişdə bir müəllimə öz əməkhaqqından 100 manat qadına köməklik etdi. Çox maraqlıdır ki, sonradan Elnarənin kəndlərinə bulaq çəkdirdiyini dedilər, yəqin icra hakimiyyətinin dəstəyi ilə çəkdirib. Yenə eyni verlişdə bir qadına köməklik üçün pul yığılırdı. Dedilər ki, bir hörmətli adam zəng vurub. Zəng vuran müğənni Cavanşir Məmmədov idi. O dedi ki, verlişə baxıram, zəng vurub demək istədim ki, Füruzə İbadovanın anası rəhmətə gedib. Elgiz dedi ki, xəbərimiz var, başsağlığı vermişik, sizin başqa nə sözünüz var? Dedi ki, heç nə elə onun üçün zəng vurmuşdum.
Onu da deyim ki, Yeni Yasamalda şuşalı Oqtay adlı bir aşbaz vardı, ləqəbi də “xaş Oqtay” idi. Şuşalılar və Yeni Yasamalda yaşayanlar onu yaxşı tanıyırlar. Oqtay danışırdı ki, bir gün bir ailə televiziyaya çıxıb “oğlumuz Surqut şəhərində dünyasını dəyişib, cənazəni gətirə bilmirik” deyiblər, iki gün keçməmiş Manaf ailəyə zəng vurub deyib ki, gedin hava limanına cənazənizi qarşılayın. Oqtay kişi deyir ki, həmin vaxt mən də Surqutda idim. Manaf ordakı dostlarına zəng vurib və cənazəni gətizdirib. Sabirabadlı klarnet ifaçısı Zahid rəhmətə gedəndə qaldığı evə borcu qalmışdı, şirkət o evi yoldaşının əlindən almaq istəyirdi. Yoldaşı körpə uşağı yanında azı yarım ay televiziyaya çıxıb pul istəyirdi, amma pul yığılmırdı. Manaf televiziyaya çıxıb müraciət etdi, dedi ki, mənim Zahidlə elə bir yaxınlığım olmayıb, amma onun ansambl yoldaşları var, birlikdə toya getdikləri insanlar var, ayıbdır, niyə kömək etmirsizManaf bu işi təşkil etdi, özü də kömək etdi və pul yığıldı.
Yaxud başqa bir verilişdə bir ailə təxminən 16-17 yaşlı övladlarının qara ciyərinin əməliyyat olunması üçün yalvarıb yardım istəyirdi. Pul yığılmırdı. Həkim – cərrah deyəsən Kazimi idi. Manaf yenə də kömək əlini uzatdı, verlişə gəlib dedi ki, nə qədər pul çatışmır? Dedilər 20 min manat. Manaf verilişin aparıcısına dedi ki, pul yığmağı dayandırın, mən qalan hesabı bağlayacağam. Həmin gün 10 min manat verdi, dedi ki, sabah 10 min də gətirəcəm, dediyi kimi də etdi, həmin 10 min manatı da gətirib verilişdə onlara verdi. Əməliyyatdan sonra oğlan sağaldı. Bir gün ailə verlişə gəlib Manafa minnətdarlıqlarını bildirdilər. Cavan oğlan çıxışında dedi ki, mən bir əmi qazandım”.
F.Qarabağlı bildirdi ki, rəhmətlik Heydər Əliyev Füzuliyə gələndə ziyalılarla, el ağsaqqalları, kolxozçularla görüşərdi, Mədəniyyət Evində görüşlər keçirərdi. O vurğuladı ki, o görüşdə İki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova, Manaf Ağayevin atası Novruz kişi, eləcə də Seyid Səyyad, Vəli kişi, Əli kişi və başqaları iştirak edər, ümummilli liderlə həmsöhbət olardılar. “Hətta Füzulidə onlara “Əliyevçilər” deyirdilər.
Bir onu bilirəm ki, muğam oxuyanlar içində Arif Babayev öz səviyyəsini necə saxlayıbsa, toy oxuyanları içində də Manaf Ağayev öz səviyyəsini, mənliyini gözləyir. Manafa ən böyük qiyməti böyük sənətkarımız Habil Əliyev verib.
Arayatlı kəndindən olan Əhmədov Kənan Ədil oğlu ağır yaralanmışdı. Müalicəsi üçün böyük məbləğdə pul tələb olunurdu. Yaralı əsgərlərimizin çoxunun öz sağlamlığına qovuşması üçün Manaf maddi yardımlar edib. Ədilin oğlunu da Manaf öz hesabına müalicə etdirdi.
Manaf cavan vaxtlarından ağsaqqallıq edib çox küsülüləri barışdırıb.
Müğənni Bahar Lətifqızı bir toyda Manafla rastlaşır, tanış olur. Manafa deyir ki, atam Füzuli rayonundan olub, amma qəbrini tapa bilmirik. Manaf dostlarının köməyi ilə qəbrin yerini tapdırır və Bahar Lətifqızına məzarın yerini deyir. Fədayə Laçın həbsdə olanda Manaf Ağayev onun ailəsinə çox kömək edib. Bir də teleaparıcı İlham Mirzəyev türmədə yatanda Manaf onun ailəsinə çoxlu yardımlar göstərib. Yəni Manafın yaxşılıqları, xeyirxah əməlləri çoxdur. Bunları deməkdə məqsədim odur ki, qoy həqiqət üzə çıxsın. Qoy oxucular bilsin ki, Manaf mənim nə qohumumdur, nə də onunla bir stəkan çay içmişəm, bunları ona görə deyirəm ki, hər kəs həqiqəti – Manafın belə bir oğul olduğunu bilsin”-deyə F.Qarabağlı bildirdi.