Sosial şəbəkələrdə Əməkdar artist Elnarə Abdullayevanın iştirak etdiyi toya görə guya 14 min manat pul alması ilə bağlı iddialar yayılıb.
Showaz.net bildirir ki, iddialara əsasən, o, Şəmkirin Sabirkənd kəndindəki sünnət toyunda dörd saatlıq iştirakı qarşılığında 14 min manat qazanıb.
İddialarla bağlı oxu.az Əməkdar artist Elnarə Abdullayeva ilə əlaqə saxlayıb.
Səsləndirilən iddialarla bağlı Əməkdar artist bildirib ki, xəbərlər yalandır:
“Mən bu barədə heç kimə məlumat verməmişəm. Yalan məlumatdır”. /milli.az