“VIA Gra” qrupunun keçmiş solisti Anna Sedokova basketbolçu əri Yanis Timma ilə barışıb.
Müğənni bu barədə sosial media hesabında paylaşım edib.
İyunun əvvəlində izləyicilər ər-arvad arasında sosial mediadakı davanın şahidi olsalar da, onlar çox keçmədən küsülülüyə son qoyublar.
Anna Yanislə yataqda uzanaraq video paylaşıb. Keçmiş solist görüntülərə “Sən ən yaxşısısan” sözlərini yazıb. İdmançı isə həyat yoldaşını öpüşlərə qərq edib.
Xatırladaq ki, Yannis vokalistin üçüncü əridir. Cütlük üç il öncə evlənib. Yannis müğənninin əvvəlki nikahlarından üç uşağını övladlığa götürüb. Timma vaxtının çoxunu Annanın iş adamı Artem Komarovdan dünyaya gətirdiyi oğlu Hektora həsr edir. Anna həyat yoldaşının övladları ilə yaxşı münasibət qurmasından çox razıdır. / olay.az