Xəbər verdiyimiz kimi, müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov sentyabrın 19-da ağır qəzaya düşmüşdü.
Titul.az xəbər verir ki, ölümcül xəsarətlər alan Taleh heç kimin gözləmədiyi sürətlə sağalıb, artıq ayağa qalxıb.
Talehin artıq ayaqüstə sözügedən görüntüsün təqdim edirik:
Qeyd edək ki, ağır kəllə-beyin travması və müxtəlif nahiyyələrin çoxsaylı sınığı diaqnozu qoyulan gənc ifaçı uzun müddət reanimasiyada saxlanıldığı üçün barəsində ölüm iddiaları sosial şəbəkələrdə sürətlə yayılmağa başlamışdı. Onun təcili olaraq üz, çənə və kəllə hissəsində əməliyyatların keçirilməsi bildirilsə də həkimlər bir qədər gözləmə mövqeyi seçməyi məsləhət bilmişdilər. Bunu həkimlər Talehin vəziyyətinin belə ağır əməliyyatları icra etmək üçün əl verməməsi ilə əlaqələndirirdilər. Onllar, icra ediləcək istənilən əməliyyatı o vəziyyətdə Taleh üçün həyati risk hesab edirdilər.
Qeyd edək ki, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib. İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın TIR-la toqquşub.