Gündəm

İlkin Əhmədov efirdə onun 3 dəfə ata olacağı xəbərin verən Nanəyə əsəbiləşdi: “Polisə müraciət edəcəm”

Əməkdar artist İlkin Əhmədov “7 tamam” verilişini polislə hədələyib. Belə ki, o həmin proqramda qonaq olarkən gözlənilmədən üçüncü dəfə ata olacağı xəbərini eşidib. Müğənni verilişdə ona qarşı edilən bu sürprizə çox əsəbiləşib.

Showaz.net Axşam.az saytına istinadən xəbər verir ki, müğənni qarşı tərəfin üzr istəməsini tələb edib.

“Gediblər mənim razılığım olmadan ailəmin nömrəsini tapıb, anama, bacıma, həyat yoldaşıma zəng ediblər.  Əgər mən sizə icazə vermirəmsə, niyə üstümdən aşıb bu dərəcədə irəli getdiniz? Tamaşaçıya hörmətsizlik olmasın deyə, proqramı tərk etmədim. Qəti fikrimdir, ərizəm də hazırdır. Mənə açıqlama versinlər ki, niyə bunu ediblər, ailəmin nömrəsini haradan tapıblar? Çıxıb hər yerdə məndən üzr istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm”- deyə o bildirib.

Back to top button