Əməkdar artist Elnarə Abdullayeva illər öncə yaşadığı evin qapısının ağzında qatıq satıb, ailəsini dolandırıb.
Parol.az xəbər verir ki, bu faktı xanım sənətçi “Rəngarəng səhər”in efirində təsdiq edib.
O bildirib ki, o vaxt yaşadığı Alatavadakı evinin qapısının ağzında qatıq satıb:
“Artıq o vaxt məşhur idim. Qardaşımgil rayondan kənd, ağartı məhsulları göndərirdilər, mən də satırdım. Burda nə ayıb bir şey var ki?! Başına dönüm qatığın, südün, şorun. Heyf deyil…”.