Vanqa və Nostradamus 2025-ci il üçün bütün Avropa qitəsi üçün “xoşagəlməz” hadisələri proqnozlaşdırıblarmış.
Oxu24.com xəbər verir ki, onlar sağlığında 2025-ci ildə Avropada ölümcül müharibənin başlayacağını proqnoz veriblər.16-cı əsrdə yaşamış fransız astroloqu və həkimi daha sonra “Avropa torpaqlarının” “amansız müharibəyə” cəlb olunacağını yazaraq, “qədim vəbanın düşmənlərdən də pis olacağını” əlavə edib. Vanqa Avropadakı münaqişənin qitə əhalisini “dağıda biləcəyi” qorxusunu ifadə edib.
Vanqa və onun proqnozları…
Vanqeliya (Vanqa) 1911-ci il yanvar ayın 31-də o vaxtlar Osmanlı imperiyası, sonradan Bolqarıstan ərazisi hesab olunan Strukmitsa kəndində anadan olub.12 yaşında olanda onun gələcək taleyini dəyişən bir bədbəxt hadisə baş verib.
Düşdüyü qasırğadan sonra balaca Vanqa ağır bədən xasarətləri aldıqdan sonra gözlərinin nurunu itirir, kor olur.Bu qız gələcəkdə məşhurlaşıb öncəgörücü Vanqa olur. Görücünün xidmətlərindən bir sıra dövlət rəhbərlərinin faydalandığı barədə məlumatlar olsa da, belə görüşlər tam məxfi keçirildiyindən, bu gün bunların həqiqətən baş verib-vermədiyini söyləmək çətindir. Alimlər hesab edirlər ki, Vanqanı öncəgörmələrindən 85%-dən artığı öz təsdiqini tapıb. Görücünün verdiyi proqnozlardan bəziləri bunlardır:
– 2001-ci ildə terrorçuların təyyarə ilə hücumundan sonra Amerikada ticarət mərkəzində bina dağılır, xeyli gunahsız insan tələf olur.
– 1980 ildə Vanqa atom qorxusundan bəhs edir və bir neçə il sonra dünyanı dəhşətə salan Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verir.
– Bolqar çarı Borisin ölüm tarixini dəqiqliyi ilə söyləyir.
– 90-cı ilin əvvəlində Rusiyada siyasi çəkişmələr dövründə Vanqa hakimiyyətə ən az səs toplayan bir insanın gəlməsini söyləyir və belə də olur. Həqiqətən, heç kəsin gözləmədiyi halda Rusiyada hakimiyyətə Boris Yeltsin gəlir.
– SSR-in dağılma tarixini belə düz söyləyir.
– Bir çox məşhur insanların ölüm tarixini dəqiqliklə söyləyir. Bunların içində ABŞ-nın prezidenti Kenedi də var, hətta Vanqa özünün ölüm gününü belə çəkinmədən söyləyir.
Vanqanın ölümündən əvvəl verdiyi proqnozları insanları heyrətə salır və düşündürür. Onlardan bəzilərini sadalayaq:
– Müsəlmanlarla müharibədən sonra Avropanın əhalisi azalacaq. Bu hadisələrdən sonra 2025-ci ildən başlayaraq Avropada az sayda insanlar yaşayacaq.
– Vanqanın proqnozlarına görə 2043-ci ildə müsəlman dövləti Avropanın yeganə hökümdarı olacaq və bu bəşəriyyətin xoşbəxtliyə doğru bir addımı olacaq.
– Okeanda buzlaqların əriməsinə nəticəsində suyun səviyyəsi yüksələcək.
– 2046-cı ildə süni insan orqanları yaradılacaq.
– 2066-cı ildə ABŞ müsəlman dövlətləri ilə müharibə şəraitində olacaq. ABŞ iqlim dəyişikliyinə gətirib çıxaran yeni silahdan istifadə edəcək və bu ani donma yaradacaq.
– 2088-ci ildə insanların arasında yeni xəstəlik yayılacaq və onlar bir neçə saniyə içində yaşlanacaqlar,lakin 2097-ci ildə bu xəstəliyin vaksinası tapılacaq.
– 2100-ci ildə insanın yaratdığı süni günəş Yer kürəsinin qaranlıqda qalan hissəsinidə işıqlandıracaq.– 2130-cu ildə su altında yeni yaşayış koloniyaları salınacaq.
– 2154-ci ildə heyvanların bəzilərini süni yolla insanlara çevriləcəklər.
– 2167-ci ildə yeni bir din ortaya çıxacaq.Görücü Vanqanın proqnozlarına görə, bəzi ölkələrdə İslam dininə qarşı üsyanlar başlayacaq.
Yer kürəsinində bütün canlıların məhv olduğunu belə görüb və bu hadisələr təxminən 3797-ci ildə baş verəcəyini söyləyib.
Vanqa sağlığında, 1989-cu ildə, ABŞ-da 11 sentyabr terror aktını proqnozlaşdırdı: “Amerikalı qardaşlar polad quşların hücumundan sonra yıxılacaqlar, canavarlar kollarda ulayacaq və günahsız qan axacaq.”
Bundan əlavə, 50 illik “karyerası” zamanı o, Rusiyanın Ukraynaya təcavüzünün, Çernobıl faciəsinin və koronavirus pandemiyasının baş verəcəyini bildirdi.
Daha əvvəl “Hindistanlı Nostradamus” Üçüncü Dünya Müharibəsinin nə vaxt başlayacağı ilə bağlı yeni proqnoz verib. Əvvəllər o, artıq İsraillə HƏMAS arasındakı müharibəni və Ukraynadakı müharibəni uğurla proqnozlaşdırmışdı
Bundan əlavə, Vanqa 2025-ci ildə “insanların qaçacağını, ölkənin bir hissəsinin su altında qalacağını” proqnozlaşdırdı.