ARB TV-nin “Səni Axtarıram” verilişində aparıcı Xoşqədəm Baxşəliyeva həyatının ağır dönəmindən danışıb.
“Mən Naxçıvanda təhsil alırdım. Bizim kəndimiz düşmən tapdağı altında idi. Bir il sonra rəhmətlik qardaşım və əmim oğlu Şakir Sant Peterburqdan zəng edib məni tapdılar. Bundan sonra bilmişəm ki, ata-anam və yaxınlarım sağdılar. İmişlidə çadır şəhərçiyində məskunlaşıblar. Məni gətirdilər Bakıya, burdan da İmişliyə getdim. Əzizlərimin qaldıqları acınacaqlı vəziyyəti gördüm və özümə söz verdim ki, sən ata-ananı bu çadır şəhərciyindən çıxaracaqsan ” Daha ətraflı video məlumatı təqdim edirik: