Gündəm

Tanınmış iş adamı Arif Quliyevin evinə külli miqdarda vəsait ödəyib aldı: GÖRÜN KİM İMİŞ- FOTO

Xalq artisti Arif Quliyevin İnşaatçılar metrosunun yaxınlığındakı evinin satıldığı haqda xəbər vermişdik.

Manset.az Moderator.az-a istinadən xəbər verir ki, sənətkarın mülkünü tanınmış iş adamı alıb və evə qoyulan qiymətdən də çox məbləğ ödəyib.

Sənətkarın oğlu Rövşən Quliyev xəbəri saytımıza təsdiqləyib.

“Biz atamla birlikdə 41 il İnşaatçılar metrosunun yaxınlığındakı 5 mərtəbəli binanın ikinci mərtəbəsində 5 otaqlı mənzildə yaşamışıq. Atamın ölümündən sonra anamla belə qərara gəldik ki, həmin mənzili satıb 2 otaqlı ev alaq. Arzuladığımız kimi də oldu. Əzizimiz Hacı Mais bizə kömək etdi, həmin evi bizdən alıb, onun puluna əvəzində bizim üçün iki mənzil aldı. Ona sonsuz təşəkkürlərimizi bildiririk. Bu həyatda atamdan sonra bizə kömək, dəstək olan şəxs o oldu. Hazırda satdığımız evdə o öz ailəsi ilə birlikdə yaşayır. Hətta deyərdim ki, mənzilin qiymətindən də çox pul ödədi. Atamın sənətinə hörməti var idi, onu çox istəyirdi” deyə sənətkarın övladı bildirib.

Rövşən Quliyev bildirib ki, ata və anasız yaşamaq onun üçün olduqca ağırdır.

“Valideyn itkisini Allah heç kimə göstərməsin. Hər bir anımda, hər dəqiqəmdə yadımdadırlar. Anam da, atam da oğlumun yuxusuna gəlirlər. Mənim yuxuma çox nadir hallarda gəlirlər. Bu günlərdə atamı ağ kostyumda yuxumda gördüm. Bütün insanlar hər zamankı kimi başına yığışmışdılar. Yanına qalxmaq istəyirdim, amma qoymurdular. Atam 3, mən 1-ci mərtəbədə idim. Yuxudan ayılanda bütün bədənim əsdi. Demək ki, atam cənnətdədir, yeri rahatdır” deyə sənətkarın övladı bildirib.


Back to top button