Saturday, November 23, 2024

Latest Posts

SON DƏQİQƏ: Dərslər təxirə salındı – 4 NOYABRA QƏDƏR…

İsrailin davam edən hücumu ilə əlaqədar Livanda məktəblər və bütün təhsil müəssisələrində dərslərin başlaması oktyabrın 7-dən noyabrın 4-nə kimi təxirə salınıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Livanın təhsil naziri Abbas Hələbi məlumat verib.

“Nazirlik 1,3 milyon şagirdi, eləcə də müəllimləri təhdid edən təhlükəyə görə məsuliyyəti öz üzərinə götürə bilməz, buna görə də dərs ilinin başlanması 4 noyabra kimi təxirə salınıb”, – nazir bildirib.

Onun sözlərinə görə, əksər dövlət məktəblərinin, texnikumların və institutların binaları cənub bölgələrindən olan qaçqınların yerləşdirilməsi üçün istifadə olunur.

Latest Posts

Don't Miss