Məşhur müğənni və bəstəkar Cek Kolvel 34 yaşında Avstraliyada vəfat edib. Bu barədə
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Kolvel yaxın gələcəkdə ikinci musiqi albomunu buraxmağı planlaşdırırdı.
“Swandream” adlı ilk studiya albomu 2020-ci ildə işıq üzü görüb.
İlk albomunun buraxılışından beş il əvvəl Kolvel debüt sinqlı “Don’t Cry That Tears”ı sevənlərinə təqdim edib. O zaman bu, ilin ən yaxşı Avstraliya sinqllarından biri kimi tanınırdı. Həmin mahnının ərsəyə gəlməsi üçün sənətçiyə məşhur müğənni Sara Blasko prodüserlik edib.
Sentyabrın 24-də elan edilən ikinci albomun ölümündən sonra çıxıb-çıxmayacağı məlum deyil.
Kolvellin ölüm səbəbi hələ açıqlanmayıb.
Xatırladaq ki, oktyabrın 26-da musiqiçi 35 yaşını qeyd etməli idi.