Gündəm

Məşhur müğənninin qızı VƏFAT ETDİ – FOTO

Məşhur müğənni, aktyor Mazhar Alansonun qızı vəfat edib. 

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin qızı Eda müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, 50 yaşlı Eda Alanson Mazharın ilk evliliyindən olan övladı idi. Sənətçi jurnalist qızı ilə birlikdə 2009-cu ildə “Kirpi” filmində birlikdə rol alıb.

Bundan başqa, MFÖ-nün 10 ildən sonra işıq üzü görən “AGU” albomunun ilk mahnısı olan “Muaf”ın sözləri Eda Alansona, musiqisi isə atası Mazhar Alansona məxsusdur.

Xatırladaq ki, müğənni 2023-cü ildə yaxın dostlarından biri, MFÖ-nin məşhur adı Özkan Uğurun ölümü ilə sarsılmışdı.

Back to top button