Astrologiya neçə il yaşayacağını bilmək istəyənlərə müxtəlif imkanlar təqdim edir.
Moderator.az yenisabah.az-a istinadən xəbər verir ki, onlar bu dəfə ən uzunömürlü bürclərin statistikasını araşdırıblar. İddia edirlər ki, insan ömrü onun bürcü ilə çox bağlıdır.
Araşdırmalar nəticəsində məlum olub ki, Buğa bürcündən olan insanlar daha uzunömürlü olur. Ən az isə Əqrəblər yaşayır.
Tədqiqatın nəticələri cinsindən asılı olaraq fərqlənir. Məsələn, kişilər arasında ən uzunömürlü bürc buğalardır (81 il). İkinci yerdə Qoç (79 il) gəlir, daha sonra isə siyahını Əkizlər (78 il), qğlaqlar (77 il), Qız (76 il), Şir (74 il), Tərəzi (73 il), Balıqlar və Dolça (71 il) tamamlayır.
Xərçəng, Əqrəb və Oxatan bürcündən olan kişilər isə 70 ildən az ömür sürür.
Məlum olduğu kimi, qadınlar kişilərdən çox yaşayır. Qadın bürclərin siyahısı da bir qədər fərqlidir.
Qadınlar arasında ən uzunömürlü bürclər: Buğa, Əkizlər, Qız və Oğlaqdır. Statistikaya əsasən, bu bürcdən olan qadınlar adətən 90 ildən çox yaşayır. Digər bürclərdən olan xanımlar isə orta hesabla 70-80 il yaşayır. Tale burada da əqrəblərin özünə gülmür. Əqrəb bürcündən olan qadınlar cəmi 63 il yaşayır.
Astroloqlar bürclərin zəif nöqtələrini də araşdırıblar.
Qoç üçün stress və fiziki yük təhlükə yaradır.
Buğalarda piylənmə qaraciyər və böyrək, o cümlədən, cinsi xəstəliklərə gətirib çıxarır.
Əkizlər üçün həddən artıq arıqlıq çox təhlükəlidir.
Xərçəngləri onkoloji xəstəliklər təhdid edir.
Şir bürcünün ən zəif nöqtəsi gözləridir.
Qızlar adətən bağırsaq xəstəliyindən əziyyət çəkir.
Tərəzilərə yüksək rütubət və soyuq yerdən dayanmamaq tövsiyə olunur.
Stress Əqrəb bürclərinin səhhətində böyük problemlər yaradır və onlar, bir qayda olaraq, müalicə olunmaq istəmirlər.
Oxatan bürcləri xüsusilə radikulit və revmatizmdən əziyyət çəkir.
Oğlaq ən çox oynaq problemləri ilə üzləşir.
Dolça bürclərinin səhhəti üçün əsas təhlükə mənbəyi alkoqoldur.
Balıqlar üçün təhlükəli hallar su ilə bağlıdır