Əksər şou-biznes nümayəndələri doğulduqları ərazinin adını özünə ləqəb götürsə də (Şəbnəm Tovuzlu, Pərviz Bülbülə, Namiq Qaraçuxurlu və s) bəziləri ləqəblərinə uyğun yerdə doğulmayıblar (Afaq Gəncəli, Orxan Lökbatanlı və s.). Bəs bizim məşhurlar əslən haradandır?
Bakıvaxtı.az bəzi tanınmış nümayəndələrin haradan olduğunu araşdırıb sizlərə təqdim edir.
Zaur Kamal – Gürcüstan Respublikasının Bolnisi rayonu
Könül Xasıyeva- Şəki şəhəri
Nadir Qafarzadə- Şabran rayonu
Röya Ayxan- Bakı şəhəri (bəzi mənbələrdə Ağdam rayonu)
Tolik (Tarix Əliyev)- Bakı şəhəri
Vəfa Şərifova- Ağsu rayonu
Könül Kərimova- Ağcabədi rayonu
Zülfiyyə İbadova- Tovuz rayonu Alakol kəndi
Xoşqədəm Hidayətqızı- Ağdərə rayonu Narınclar kəndi (İndiki Kəlbəcər rayonuna daxildir).
Tünzalə Ağayeva- Tovuz rayonu
Aygün Kazımova- Bakı şəhəri, Nizami rayonu
Aşıq Əli- Şamaxı rayonu
Emin Ağalarov- Bakı şəhəri
Dilarə Əliyeva- Sumqayıt şəhəri
Səidə Sultan- Bakı şəhəri, Nizami rayonu
Nazilə Səfərli – Gürcüstan Respublikasının Dmanisi rayonu
Elcan Rəsulov- Saatlı rayonu
Elgiz Əkbər- Rusiya Federaiyasının Yaroslavl vilayəti
Nura Suri- Bakı şəhəri
Zaur Baxşəliyev- Şuşa şəhəri
Məcid Hüseynov- Sumqayıt şəhəri
Rəşad Dağlı- Bakı şəhəri, Yasamal rayonu
Günay İbrahimli- Füzuli rayonu
Natiq Şirinov- Bakı şəhəri