Qarabağ Universitetinin tələbələri son addımları ilə sosial şəbəkələrdə trendə çevriliblər.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının balkonuna çıxan tələbələr xorla mahnı oxumağa başlayıblar.
Görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə paylaşılaraq trendə çevirlsə də, tələbələrin ifa etdiyi mahnı birmənalı qarşılanmayıb.
Belə ki, onların ““Olmuşuq məsti-xumar, yenə gözlərimiz axır” – deyə mahnı ifa etmələri sosial şəbəkələrdə bir qrup insanın etirazına səbəb olub.
Onlar Qarabağın Azərbaycanın musiqi beşiyi olduğu bildirərək, bu cür bayağı ifaların yolverilməz olduğunu qeyd ediblər.
Sosial şəbəkə istifadəçiləri tələbələrə müraciət edərək Qarabağda “Məsti Xumar” əvəzinə, “Xudayar təsnifi” və ya əvvəlki adı ilə “Vətən yaxşıdır” mahnısının ifa edilməsini məsləhət görüblər.