Hadisə

Mahaçqalada dəhşətli PARTLAYIŞ: ölü və yaralı sayı artdı

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 11-ə çatıb.

Bu barədə Rusiya FHN məlumat yayıb.

***

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində zərərçəkənlərin sayı 16-ya çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, 2-si azyaşlı olmaqla, 6 nəfər həlak olub. 10 nəfər isə xəsarət alıb.

Yanacaqdoldurma məntəqəsinin yeməkxanasından isə 14 nəfər xilas edilib.

Dağıntılar altında insanların ola biləcəyi istisna edilmir.

***

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yerləşən yanacaqdoldurma məntəqəsində partlayış olub.

Publika.az xəbər verir ki, şəhər meriyası və Dağıstanın Səhiyyə Nazirliyi hadisə barədə məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb.

KİV-lər çoxlu sayda yaralının olduğunu bildirir

Back to top button