Şou-biznes

Qalmaqal yenidən BAŞLADI: Afət Fərmanqızı Flora Kərimovaya 100 min təzminat verəcək?

Xalq artisti Flora Kərimova Yenisabah.az saytını və müğənni Afət Fərmanqızını məhkəməyə verib.

“Ölkə.az” xəbər verir ki, bu barədə yenisabah.az saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, məhkəmə oktyabr ayının 23-ü, saat 14:40-da Bakı şəhəri Nərimanov Məhkəməsində hakim Nərgiz Tağıyevanın sədrliyi ilə keçiriləcək.

 

Xalq artisti mülki qaydada baş tutacaq məhkəmədə sayta və Fərmanqızına qarşı üzr və yüksək məbləğdə (100.000 manat) təzminat tələbi qoyub.

Yeni Sabah Media MMC-nin vəkili Asim Abbasov bildirib ki, verilmiş iddia tam əsassızdır: “Yeni Sabah Media” müsahibə xarakterli xəbəri dərc edib. Dərc olunan məlumatlarda isə hər hansı şərəf ləyaqəti alçaldan ifadələr olmayıb”.

Bəs müğənni Afət Fərmanqızı 100 000 min manatlıq təzminatı verəcəkmi?

Müğənni Musavat.com-a açıqlamasında deyib:

“Ümumiyyətlə, Flora Kərimovanın bu məsələdən xəbəri varmı? Bunu bilmirəm. O, uşaq kimi yaşlı qadındır və hesab edirəm ki, onu öyrədirlər. İndi məhkəməyə verib, verib də. Bundan əvvəl də məni Binəqədi Rayon Məhkəməsinə vermişdi, amma nə oldu, qalib olan mən oldum. Amma bir məsələ də var, mülki iddia ilə bağlı məhkəməni udan Flora Kərimova olub və mən ona 10 min manat təzminat ödəməliyəm. Amma xüsusi ittiham məhkəməsində mən qalib gəlmişəm. Maraqlıdır ki, üçüncü dəfə eyni məsələdən məhkəməyə vermək olurmu? Bu haqda məlumatsızam”.

Back to top button