Gündəm

Bülbüloğlunun bu fotosu gündəm oldu – Əlini öpdüyü qadın… GÖRÜN KİMİN ANASIDIR

Xəbər verdiyimiz kimi, bu gün mərhum deputat, tanınmış ictimai xadim, professor Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş “Qənirə Paşayeva – İTHAF” adlı bədii sərginin açılışı olub. Açılışda çıxışlar edilib.

Polad Bülbüloğlu Qənirə Paşayevanı anarkən çıxışında bildirib ki, ondan qiymətli irs yadigar qalıb:

“Qənirə xanımla ilk tanışlığımız gənc jurnalist olduğu dövrlərə təsadüf edir. Onun istedadı, Vətəninə böyük sevgisi hələ o vaxtlardan sezilirdi. Onun reportajları, hazırladığı materiallar həmişə son dərəcə obyektiv olub. Təəssüf ki, Qənirə xanım aramızdan çox tez ayrıldı. Amma özündən sonra böyük irs qoyub getdi. Mədəniyyət komitəsinə rəhbərlik etdiyi dövrlərdə də mədəniyyət adamlarına qarşı çox həssas yanaşıb. Onunla son görüşümüz Şuşada oldu. Bülbülün ev-muzeyindəki tədbirdə iştirak üçün təşrif buyurmuşdu. O günü heç vaxt unutmayacağam. Allah qəni-qəni rəhmət eləsin”.

Çıxışını bitirdikdən sonra Polad Bülbüloğlu Qənirə Paşayevanın anası Nağıyeva Tehran xanıma yaxınlaşaraq onun əlini öpüb.

Həmin görüntünü təqdim edirik:
Back to top button