Hadisə

Azərbaycanda axtarışda olan cinayətkarın meşədə asılmış meyiti tapıldı

Samuxda intihar baş verib.

Oxu.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə rayonun Qədili kəndində qeydə alınıb.

Samux şəhər sakini, 47 yaşlı Vüsal Qəzənfər oğlu Əliyev rayonun Qədili kəndi ərazisindəki meşədə özünü asıb.

Onun asılmış meyitini kənd sakinləri aşkar ediblər.

Məlumata görə, intihar edən V.Əliyev cinayət törətdiyi üçün axtarışda olub.

O, bu ilin avqust ayında Gəncədə tanışı, 34 yaşlı Sevər Novruz qızı Məmmədovaya dəhrə ilə ağır xəsarət yetirib.

V.Əliyev hadisədən sonra qaçaraq gizlənib. O, törətdiyi cinayətə görə axtarışda imiş.

V.Əliyevin qorxaraq məsuliyyətdən yayınmaq üçün intihar etdiyi ehtimal olunur.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Back to top button